Tələb narahatlıqları davam etdikcə neft ucuzlaşır | Banco.az

Tələb narahatlıqları davam etdikcə neft ucuzlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tələb narahatlıqları davam etdikcə neft ucuzlaşır.

Banco.az xəbər verir ki, neftin qiyməti Səudiyyə Ərəbistanının təklifi daha da azaltmaq öhdəliyindən sonra qısa müddətə bahalaşsa da, tələblə bağlı narahatlıqlar fonunda yenidən ucuzlaşmağa başlayıb.

ABŞ xam nefti çərşənbə axşamı ticarət seansını 0,6 faiz dəyər itkisi ilə bağladıqdan sonra bir bareli 71 dollara düşüb.

Brent markalı neftin bir bareli isə 75,83 dollara satılır.

Xatırladaq ki, Çində iqtisadi bərpanın ləngiməsi və FED-in sərt pul siyasətinin tələbə təzyiq göstərməsi səbəbindən neft bu il təxminən 12 faiz dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et