Tele Kart ilə yaxından tanış olaq! | Banco.az

Tele Kart ilə yaxından tanış olaq!

Azərbaycanın plastik kart bazarında öz yenilikçi funksiyaları ilə fərqlənən kartlardan biri də Nikoil Bankdan təqdim olunan Tele Kartdır.

Bu kart sizə sərfəli şərtlər ilə alış-veriş etmək imkanı yaradır. Siz həmçinin öz vəsaitinizi də kartda yerləşdirib, partnyor dükanlar şəbəkəsində ondan istifadə edə və bonuslar qazana bilərsiniz.

Çoxlu sayda üstünlüklərə sahib olmasına rəğmən müştərilər hələ də bu kartı yetərincə tanımır, amma Telekart sizin ticarət tərəfdaşınıza çevrilə bilər.

Beləliklə Tele Kart nədir?

Limiti bərpaolunan, mal və xidmətləri faizsiz ödəmək imkanını verən kredit kartı.

Telekart-la bankın tərəfdaşları şəbəkəsində alış-veriş edən zaman Siz heç bir faiz ödəmirsiniz və kredit borcunuzu banka hissə-hissə ödəyirsiniz.

Tele Kart-ın əsas  göstəriciləri:

Kartın qiyməti

Pulsuz

Kredit xəttinin müddəti

25 ay

Ödəniş

Hər növbəti ayın 10-dək

Kartın balansı

300-8000 AZN

Taksit müddəti

1-12 ay

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış

Tele Kart-ın əsas üstünlükləri

  • Bankın tərəfdaşı olan mağazalarında aliş-verişi %-siz etmək imkanı
  • İnternetdə və xaricdə alış-veriş imkanı
  • 80%-dək nağd pul çıxartmaq imkanı
  • Hər əməliyyatdan mobil telefona və ya kartın balansına 4%-dək bonus almaq imkanı
  • Şəxsi vəsaitləri yerləşdirmək imkanı

  Tele Kartın Bonus sistemi

 Bonusun miqdarı Sizin “Telekart” vasitəsilə apardığınız alış-verişlərin və xidmətlərin ödəniş məbləğinin   faizidir.Bonuslar:

  • Mobil telefona
  • Və ya kartın balansına yüklənir

Bonusların miqdarı

Taksit müddəti

Bonus miqdarı

1-6 ay

1%

7-9 ay

2%

10-12 ay

3%

Şəxsi vəsait

4%

Tele Kartı indi sifariş et!

Siz “Telekart” vasitəsilə aparılan hər bir əməliyyatdan sonra telefonunuza ödəniş qrafiki göstərilən SMS xəbərdarlıq, habelə hesablanmış bonuslar haqqında bildiriş alacaqsınız.

Bonuslar aşağıdakı hallarda hesablanır:

  hər gün (iş gününün sonunda) həm taksit vəsaitlərinin  xərclənməsinə görə, həm də müştərinin şəxsi vəsaitlərinin xərclənməsinə görə

Mal /xidmət partnyor şəbəkəsində taksit kartı ilə ödənilərkən, bonusların, habelə  ödəniş məbləğinin hesablanmasının nümunəsi.

Malın qiyməti

Hesablanmış bonuslar

Taksitlərin sayı

Aylıq ödəniş məbləği

120 AZN

Malın dəyərinin 3%-i =  3,60  AZN

Hesablanma qaydası: 120*3%=3.6 AZN

12 ay

10 AZN

Hesablanma qaydası: 120/12=10

Malın dəyərinin 1%-i = 1,20  AZN

Hesablanma qaydası: 120*1%=1.2 AZN

3 ay

40 AZN

Hesablanma qaydası: 120/3=40

Ən sərfəli kredit üçün müraciət et

Mal /xidmət partnyor şəbəkəsindən kənarda taksit kartı ilə ödənilərkən, bonusların, habelə  ödəniş məbləğinin hesablanmasının nümunəsi.

Malın qiyməti

Hesablanmış bonuslar

Taksitlərin sayı

Faiz tarifi

Aylıq ödəniş məbləği

 

120 AZN

 

0

 

12 ay

 

 16%

Hesablanma qaydası:

Faiz məbləği: 120AZN*16% = 19.2 AZN

Aylıq ödəniş məbləği: (120+19.2)/12=11,60 AZN

Nağd pulun bankomatdan taksit kartı vasitəsilə çıxarılmasının nümunəsi 

Nağd pulun məbləği(kredit xəttinin 20%-i)

Hesablanmış bonuslar

Taksitlərin sayı

Faiz tarifi

Nağd pulun çıxarılmasına görə komissiya

Aylıq ödəniş məbləği

 

120 AZN

 

0

 

3 ay

 

6%

 

1%

120 AZN*1%=1.2 AZN

Hesablanma qaydası:

Faiz məbləği: 120AZN*6%=7.2 AZN

Aylıq ödəniş məbləği:

(120+7.2+1.20)/3=42,80 AZN

Daha ətraflı tanış olmaq üçün

Ən sərfəli krediti almaq üçün müraciət et