"Təkcə 3 ayda proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb" | Banco.az

"Təkcə 3 ayda proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb"

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə proqnozdan 1,1 milyard manat, Dövlət Gömrük Komitəsi isə 400 milyon manat çox vəsait köçürüb.

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Bu da şəffaflıq və yeni idarəetmə nəticəsində olub. İslahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır", - deyə o qeyd edib.

"İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaq", - deyə dövlət başçısı əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et