Təhsili, biznes planı və pulu olmadan milyard dollarlıq biznes quran ANNE BEİLER | Banco.az

Təhsili, biznes planı və pulu olmadan milyard dollarlıq biznes quran ANNE BEİLER

Bəzən sahibkarlar işə illərlə qurduqları arzuları üçün, bəzən dünyanı dəyişəcək ideyaları olduğuna inandıqları üçün atılır. Bəzən isə yeganə səbəb, pula olan ehtiyac olur. Pula olan ehtiyacın, 1980-ci illərdə, biznes aləmi ilə tanış etdiyi möhtəşəm şəxslərdən biri də Anne Beilerdir. Bulka hazırlayıb satmaqla biznesə başlayan bu xanım, işinin ilk həftəsində 875$ qazandı. Heç kəs kiçik bulkaların “Auntie Anne’s” brendinə, Auntie Anne’s isə 1300-dən çox mağazaya və illik 410 milyon dollar satışlara çevriləcəyini təsəvvür etmirdi.

Özünün də dediyi kimi, Tanrı hər birimizə xüsusi hekayə yazır. Onun hekayəsi bir qədər çətin oldu. Uşaqlıqdan kökələr və şirniyyatlar hazırlayaraq ailəsinə dəstək olan Anne, çətinliklərə o zamandan öyrəşmişdi. Gənc yaşında ailə qurarkən sadəcə sakit ailə arzusu ilə, xoşbəxlik diləyi ilə bəzəmişdi xəyallarını. Lakin həyat sənə arzularını vermir. Sən özün arzularını həyatdan alana qədər. Anne 1975-ci ildə qızını, traktor qəzasında itirdi. Həyat yoldaşının pulsuz xeyriyyə konsultasiyaları verməkçün Pensilvaniya şəhərinə getməsini də, Anne anlayışla qarşıladı. Baxmayaraq ki, Anne üçün bu, ailəni yalnız başına dolandırmaq demək idi. Anne çıxış yolu tapmalı idi və tapdı da. 6000$ borc götürməklə köhnə bulka mağazasını öz reseptləri ilə yenidən qurdu. Müştərilər yeni bulkaları çox sevmişdilər. Sadəcə bir neçə ayın içində növbəti filialını Pensilvaniyada açan Anne, digər investorlardan bu biznesi böyütmək üçün çoxsaylı təkliflər aldı. 10 yeni mağaza, lisenziya razılaşması ilə açıldı. Və bu gün 1.5 milyard dollarlıq bir sərvətə sahib ikən belə, “Bu dünya sərvət toplamaq üçün deyil, bölüşmək, paylaşmaq və bağışlamaq üçündür” düşüncəsi çərçivəsində yaşayan Anne, bütün Amerikanın sevimlisidir.

Ən sərfəli kredit üçün müraciət et

“Əgər dəyərlərinizə və məqsədlərinizə sadiq qalsanız, gəlirlər özü gələcək.”- deyən Anne iki kitab müəllifidir və ictimai natiqlik fəaliyyətləri ilə də məşhurdur.

“Məqsədini müəyyənləşdirməlisən. Ətrafına bax və bunu niyə bacarmalı olduğunu dəqiqləşdir. Niyə o yox, məhz sən? Niyə başqa iş deyil, məhz bu iş? Xüsusiləşdir arzularını, toxunulmaz olsunlar. Niyələri artırın. Mən heç vaxt kollecə getmədim, fermer ailəsində dünyaya göz açdım. Bizneslə yaxından-uzaqdan əlaqəm olmadı. Amma, mən disiplinli idim və komanda gücünə inanırdım. Gördüyümüz işin uğurlu olması da, məndən deyil komanda birliyindən gəlir. Mən insanların gücünə inanıram. Unutmayın, bütün gördüyünüz işlər sizin kimliyinizdən daha kiçikdir. Bu səbəbdən də, heç bir limitiniz yoxdur.”

1999-cu ildə traktor qəzasında mələk olan qızının adına yaratdığı xeyriyyə fondu ehtiyyacı olan uşaqlara və ailələrə yardımlar edir. Maliyyə ekspertlərinin məsləhətlərini göz ardı edərək, Auntie Anne’s gəlirlərinin əksəriyyətini Angela fonduna bağışlayır.

Sevinc Hüseynova, banco.az