Hər bir ölkənin tərəqqisi, ilk növbədə, həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Təhsilin inkişafı cəmiyyətdə siyasi, sosial sabitliyin təmin edilməsində mühüm rol oynayır. Təhsil və cəmiyyət əlaqələri daima sıx əlaqədə olmuşdur. Birinin digərinə olan təsiri danılmazdır.
Həmçinin bax: Hansı banklar təhsil kreditləri verir? - Yeni 2021
Azərbaycanda təhsilinin inkişafı və çatışmayan cəhətləri daima göz önündədir. Hal-hazırda ölkəmizdə ali təhsil ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir. Ali tədris müəssisələrinin hər birinin müxtəlif təhsil haqqı tələbləri vardır. Əgər keçən illərlə indiki vəziyyəti müqayisə etsək açıq-aşkar görərik ki, təhsil haqqı üçün tələb olunan qiymətlərdə artım vardır.
Təbii ki, Universitetlər müəyyən mənada ödənişlərin yerinə yetirilməsində güzəştlər etsə də, çox sayda maddi cəhətdən korluq çəkən ailələrin təhsil haqqına görə problem yaşadığı inkar edilməz bir haldır. Nəticədə minlərlə oxumaq istəyən gənc sırf təhsil xərclərinə görə oxumaqdan məcburi surətdə imtina edib.
"Təhsil kreditləri" bu problemlərin həlli yolu kimi görünür.
Azərbaycan Respublikasının Milli Məclisinə "Təhsil kreditləri" barəsində layihə hazırlanıb təqdim olunsa da, hələ ki, qüvvəyə minməyib.
Hal-hazırda bir sıra banklarda "Təhsil kreditləri" mövcuddur. Hər bankın şərtləri özünəməxsusdur. Biz sizə bu müxtəlifliyi təqdim edəcəyik. Lakin, faiz dərəcələrinin çoxluğu problemin aktual olaraq qüvvədə qalmasına səbəb olur.
Amma bankların təhsil alan gənclərə yönəlmiş bu addımlarını xoş qəbul etmək olar. Çünki hər halda bu ehtiyac anında köməyə çata bilər...
Bank |
Məbləğ(maksimum) |
Müddət |
Faiz |
Təminat |
Azər-Türk Bank |
1000-4000 azn/usd/eur |
6-12 ay |
23-25% |
Zamin |
Bank Respublika |
10000 azn |
24 ay |
27% |
Zamin |
Bank Standard |
500-10000 azn |
1-3 il |
25-26% |
Tələb olunmur |
DəmirBank |
500-30000azn |
12 ay |
24% |
Zamin, Girov |
TBC Kredit |
3000 azn |
12 ay |
30% |
Zamin |
Turanbank |
2000 azn/usd/eur |
12 ay |
30% |
Zamin |
Xalq Bank |
500-100000 azn |
1-2 il |
17-19% |
Zamin, Girov |
Bu kreditlər sırf “Təhsil Krediti” adı altında ayrılan kreditlərdir. Siz istəsəniz təhsil haqqının ödənilməsi ilə bağlı banklardan nağd və ya digər ehtiyac krediti də götürə bilərsiniz.
"Təhsil krediti" ni necə əldə etmək olar?
Təhsil krediti əldə etmək üçün ən başlıcası təhsil almaqdır. Təhsil kreditləri faktiki olaraq ödənişli əsaslarla təhsil alan tələbələrə verilir.
Bu zaman sizə lazım olan ümumi sənədlər aşağıdakılardır:
- - Şəxsiyyəti təsdiq edən sənəd;
- -Yaş həddi – maksimum 35 yaş;
- - Daxil olduğu və ya artıq təhsil aldığı təhsil müəssisəsindən illik ödəniş üçün hesab-faktura;
- - Zaminin şəxsiyyət vəsiqəsi və iş yerindən arayış;
- - Borcalanın şəxsiyyət vəsiqəsi və iş yerindən arayış.
Qeyd etmək istərdim ki, bu sənəd siyahısı banklardan asılı olaraq dəyişə bilər. Hər bankın özünə məxsus tələbləri vardır.
Bu kredit növü hesaba köçürmə yolu ilə ödənilir.
"Təhsil krediti"lərinə çox faiz qoyan banklar TBC Bank və Turan Bankdır. Ən aşağı faiz göstəricisini isə Xalq Bankda müşahidə edirik.
Demək olar ki, banklar "Təhsil krediti" verərkən təminat olaraq zamin, bəzi hallarda girovda tələb edir.
Bank Standard sadəcə xaricdə təhsil alan tələbələr dəstək olur. Belə ki, Bank Standartın təşkil etdiyi "Smart kart kredit xətti" zaminsiz sadəcə tələbənin təhsil almasına dair olan arayışla 10000 azn-ə qədər kredit verə bilir.
Unibank isə tələbələrə öz dəstəyini Albalı Kart təqdim etməklə göstərir. Şəxsiyyət vəsiqəsi, Tələbə bileti və Təqaüd haqqında arayışla banka müraciət etmək kifayətdir.
Hər halda parlaq gələcəyin olması üçün uğurlu təhsilə sahib olan gənclər lazımdır. Bunun yükü sadəcə təhsil alan gənclərə deyil, bütün cəmiyyətə düşür.
Əziz gənclər, Oxuyun. Unutmayın ki, «oxumaq» hələ də elm əldə etməyin ən təsirli üsuludur.
Günel Abduraxmanova / Banco.az