"Təhlükəsiz kart" proqramından kimlər istifadə edə bilər? Banco.az xəbər verir ki, bu barədə bu gün keçirilən konfransda Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər şöbəsinin müdiri Eltəkin Rəhimov danışıb.
Onun sözlərinə görə "Təhlükəsiz kart" proqramına daxil olmayan kartlar bunlardır:
1. Müştərinin müraciətinə əsasən, kart əməliyyatlarının təhlükəsizliyi baxımından tətbiq edilən qadağa və məhdudiyyətlərin (cari əməliyyat limitlərinin deaktivasiya olunması və s.) dəyişdirilməsi nəticəsində keçirilməsi mmükün olmuş əməliyyatlar;
2. Business, Prepaid və üzərində müştərinin adı və soyadı həkk olunmamış digər ödəniş kartları.
Proqramda iştirak şərtləri isə belədir:
1. SMS-xəbərdarlıq xidmətinə qoşulma;
2. Verified by Visa xidmətinə qoşulma;
3. Mobil Bank xidmətinə qoşulma;
4. Avtorizasiya olunmamış əməliyyat haqda 20 dəqiqə ərzində banka məlumat verilməsi;
5. Hesabdan çıxarışın həftədə minimum bir dəfə yoxlanılması
Qeyd edək ki, Azərbaycanda ilk dəfə İlk ATM və Pos terminallar, VİSA kartının emissiyası və qəbulu Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib.
Bank, hal-hazırda 1 mln 300 min ödəniş kartına, 11,300 Pos terminal şəbəkəsinə, 760 ATM, 480 min əmək haqqı kartına sahibdir.