Təcrübəyə deyil, səmimiyyətə əhəmiyyət verin | Banco.az

Təcrübəyə deyil, səmimiyyətə əhəmiyyət verin

Richard Bransonun  dünyada layiq olduğu dəyəri görə bilmədiyini düşünürəm. Richard Bransonu tanımayanlar üçün onun haqında qısa məlumat verim. O, 30 ölkədə 200-dən çox şirkəti olan “Virgin Group”u  sıfırdan quran və bu günə gətirən şəxsdir. Eyni zamanda həm lider, həm biznesmen, həm də yazıçıdır. 1950-ci ildə İngiltərədə dünyaya gəlib. İş həyatına16 yaşında “Student” adlı jurnal yaradıb reklam sataraq başlayır və sora inkişaf etməkdən heç vaxt əl çəkmir. Öz şirkətlərində tətbiq etdiyi yenilikçi fəaliyyətləriylə də tanınır. Məsələn, “Virgin Group”u heç bir şirkətində “icazə proseduru/illik icazə məhdudlaşması” kimi bir tələb qoymur. Hər kəs istədiyi qədər icazə haqqından istifadə edə bilər. İşçilərin valideynlərini ildə bir dəfə ofisə gətirmələrini, onların təcrüələrindən faydalanmalarını və onları dəyərli hissetdirmələrini həyata keçirir. Daha onlarla innovativ fikir bu adamın beyninin məhsuldur. Bunlarla yanaşı Richad 7 kitab müəllifidir.

Bu yazını yazmaq istəməyimin səbəbi də son çıxardığı və bütün dünyada böyük əks sədaya səbə olan “The Virgin Way” adlı kitabında keçən idarəçilik dərslərinin bir qisini sizinlə bölüşmək istəyimdir. Kitab həqiqətən faydalı və idarəçilər - liderlər üçün mükəmməl məlumatlar verir. Richard Bransonu əgər tanımırsınızsa təcili tanımağınızı, heç bir kitabını oxumamasınızsa təcili birin alıb oxumağa başlamağınızı tövsiyə edirəm. Ondan öyrənəbiləcəyimiz “5 İdarəçilik Dərsi” maddələrinə keçək, buyurun:

1. Təcrübəyə deyil, səmimiyyətə əhəmiyyət verin

Richard Bransona görə təcrübə çox vaxt böyük illuziyadan başqa bir şey deyil. Həmçinin təcrübənin “mütəxəssis korluğu” kimi bir riski də var. Öz şirkətlərində işəgötürmə zamanı namizədin səmimiyyətinin təcrübəsindən daha vacib olduğunu göstərən Branson, şirkətlərin və idarəçilərin təcrübə tələblərinə məna verə bilmədiyni deyir və əlavə edir: “ İşəqəbul edərkən səmimi, yenilikçi, əyləncəli və xarakterli insanları seçsəniz və işi öyrətsəniz daha çox yaxşı performans ala bilərsiniz”.

2. İşçiləri hər şeydən üstün tutun

Branson işçilərini müştərilərindən belə daha önəmli hesab edən tərziylə tanınır. Ona görə standart “müştəri yoxdursa, biz də yoxuq” fikri yalnışdır. Doğrusu “işçilər yoxdursa, müştəri də yoxdur” prinsipidir.  Yaxşı seçilmiş bir işçiyə inanıb, onu təqdir edib yolun açsanız, o işçi sizə daha çox müştəri gətirər. Ona görə də işçilərinizlə danışın və yaxşı müasibət qurmağa çalışın. Richard Branson bütün Virgin Group işçilərinə 2 həftədə bir ümumi mail yazmaqla, bütün işçilərə evinin və mobil telefonun nömrəsini verməklə və işçiləri birdən zəng edib problemlərinin olub olmamasını soruşmaqla tanınır.

Ən sərfəli kredit üçün müraciət et

3. Xoşbəxt olmağı öyrənin

Branson kitabında Virgin şirkətini xoşbəxtliyin, səmimiyyətin və gülər üzün üstündə qurduğunu yazır. Bütün işçilərindən gözlədiyi şeyin xoşbəxtlik olduğunu xüsusi qeyd edir, ancaq bu xoşbəxtliyin şirkətə idarəçilər tərəfindən yayılmasının vacibliyini deyir. Əgər siz daxil olmaqla bütün kollektiviniz xoşbəxtdirsə, şirkət də xoşbəxt olur və faydası inanılmaz dərəcədə artır. Heç bir işçi qaşqamaqlı bir idarəçiylə işləmək məcburiyyətində deyil.

4. Uğursuzluğa icazə ver

Biznesmenlər də, işçilər də zaman - zaman risk alır. Bu riskin nəticəsi hər zaman müsbət olmaq məcburiyyətində deyil. Richard Bransona görə sınaq qorxusu, uğursuzluğa nisbətən daha böyük bir probemdir. Sınama qorxusu sizi yerinizdə saydırar, lakin uğursuz olsanız nəyəsə cəhd etsəniz bir addım getmiş hesab olunursunuz. Ona görə də idarəçilərin uğursuzluğa icazə verməsi bir şirkətin inkişafı üçün ən önəmli məsələlərdən birdir. Richard Branson bu mövzuda belə deyir: “Əgər bir dəfə uğursuz  oldu deyə bir işçini tənbeh etsəniz, ondan heç bir risk almayan, sadəcə verilənləri yerinə yetirən bir robot yaradacaqsınız”.

5. Egonuzudan uzaq durun

Bransona görə uğurun ən vacib formullarından biri özündən daha ağıllı birilərini işəgötürəcək qədər egonla barışıq olmaq və ona layiq olduğu pulu verməkdir. Əgər bunu edəbiləcək gücə maliksənsə yaratdığın kollektiv sənin üçün möcüzələr yarada bilər. Richard Branson kitabında belə yazır: “Ancaq görürəm ki, idarəçilərin çox böyük bir hissəsi bunu təhdid olaraq qəbul edir, uzun müddətli deyil qısa müddətli düşünürlər”.