ABŞ-da ipoteka müraciətləri artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-da ipoteka müraciətləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İpoteka Bankları Assosiasiyası (MBA) 20 iyun tarixində bitən həftəyə dair ipoteka ilə bağlı məlumatları açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, ötən həftə ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 1,1 faiz artıb.

Bu dövrdə mənzil almağa yönəlmiş müraciətlər 0,4 faiz azalarkən, yenidən maliyyələşdirmə müraciətləri 3 faiz artım göstərib.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,84 faizdən 6,88 faizə yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,14 faizdən 6,11 faizə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram