Müəllif - Aida İsaq, Banco.az
“TCS Group”un səhmlərinin satışından sonra Oleq Tinkovun sərvəti 860 milyon dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Bildirilir ki, Tinkov payını satmasaydı, multimilyarder olaraq kapitalı təxminən 3,5 milyard dollar təşkil edəcəkdi. Aprelin sonunda “Tinkoff Bank”ın təsisçisi bankdakı 35% payını Vladimir Potaninə məxsus “Interros”a satıb. Mayın əvvəlində Tinkov ölkədə “Tinkoff” və “La Datcha” brendlərinin fəaliyyətini də dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!