Tayvana ixracın artması London və Pekin arasında əlaqələri pisləşdirə bilər | Banco.az

Tayvana ixracın artması London və Pekin arasında əlaqələri pisləşdirə bilər

Müəllif - Aida İsaq, Banco.az

Böyük Britaniyadan Çinə sualtı qayıqların tikintisində istifadə olunan məhsulların ixracının artması London və Pekin arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Banco.az xəbər verir ki, bu barədə “Reuters”in köşə yazarları Andrew Macaskill və Elizabeth Piper bildirib. Məlumata görə, ötən ilin ilk doqquz ayında Tayvana sualtı komponentlər və texnoloji məhsullar ixrac etmək üçün Britaniya hökuməti tərəfindən verilmiş lisenziyaların dəyəri əvvəlki altı ilin cəmindən çox olub. Belə ki, müvafiq göstərici 201,29 milyon dollar təşkil edib. Bu məlumat Britaniya hakimiyyət orqanları tərəfindən 2023-cü ilin martında dərc edilib. Çin Xarici İşlər Nazirliyi bunun Çinin suverenliyinə və təhlükəsizliyinə eyni zamanda Tayvan boğazında sülh və sabitliyə xələl gətirdiyini bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et