Konkret zaman intervalı müəyyən edin ( il, ay, həftə, gün saat)
Müəyyən zaman ərzində edilməsi zəruri olan işlərin (əsas həyati hədəflərinizə uyğunluğu nəzərə almaqla), həmçinin ev qayğılarının və işdəki tapşırıqların siyahısını tutun.
Əhəmiyyət dərəcəsinə görə onları süzgəcdən keçirin. Prioritetlər müəyyən edin: ABCD. A – vacib və təcili: B – vacib, təcili olmayan, C- vacib olmayıb, təcili olan; D- nə vacib, nə də təcili olmayan.
Preto prinsipini rəhbər tutun: bütün işlərin yalnız 20%-i gəlirin 80%-ni gətirir. Sual: Siz artıq gücünüzü nə üzərində cəmləməli olduğunuzu dərk etmisiniz? (başa düşməyənlər üçün, 20% olan ən məhsuldar hərəkətlər üzərində).
Tapşırığın yerinə yetirilməsi üzrə meyarlar müəyyən edin. Məhz hansı meyarlara əsasən tapşırıq yerinə yetirilmiş hesab olunacaq?
Tapşırıqların yerinə yetirmə vaxtını müəyyən edin. Müddətlər qoyun.
Vaxt “gəmiricilərinə” “YOX!” deyin. Sizə sırımağa çalışdıqları başqa gərəksiz işlərdən imtina edin. Tapşırıqların bir hissəsini, bunu sizin əvəzinizə yerinə yetirə biləcək insanlara həvalə edin.
Vaxtınızı boş söhbətlərə sərf etməyin. Mübahisələrə girməyin, heç kəsi inandırmağa və ya fikrini dəyişməyə çalışmayın ( İnam - bu hər kəsin şəxsi işidir.) Televizora baxmayın, onsuz da orda maraqlı heç nə yoxdur.
İş yerinizi səliqəyə salın, bütün köhnə jurnalları atın getsin, məhz onları ki, onsuz da heç zaman oxumayacaqsınız. Bütün lazımsız vizitkartlar, kağızları, köhnə bloknotları, işə yaramayan qələmləri. Bir sözlə, stolda gərəksiz yer tutan hər şeyi.
Yazılarınızı səliqə-sahmana salın. Kompüterdəki informasiyanı fayllar və ya qovluqlar üzə qruplaşdırın. Kompüterdəki kitabxanada və ya sənədlər qutusunda, müəyyən kateqoriyalar yaradın. Sənədləri də arxivləşdirin.
İri tapşırıqları xırda tapşırıqlara parçalayın. Bu həm də gündən günə təxirə saldığınız, xoşagəlməz tapşırıqlar ilə bağlı da keçərlidir. Balaca addımları gerçəkləşdirmək həmişə daha asandır.
Həmişə hər hansı bir gözlənilməz situasiya üçün də zaman ehtiyatı ayırın. Azad zaman aralıqlarını davamlı və təcili olmayan məsələrlərin həlli ilə doldurmaq olar.
Özünüzə müntəzəm istirahət zamanı ayırın. Əqli fəaliyyətdən (zehni işdən) sonra mütləq fiziki bir işlə məşğul olun.
Çalışın ki, hər gün təmiz havada olasınız. Sağlamlığnızın qeydinə qalın. Yadda saxlayın xəstəlik proflaktikası, həmişə müalicədən daha rahat və xoşdur.
Ən vacibi - çoxlu işə baxmayaraq, yaddan çıxarmayın ki, Siz insanınız. Bu dünyada ən vacib isə - Həyatdır. Onun şən və ya qəmgin, mənalı və ya darıxdırıcı, boş və ya zəngin keçməsi isə Sizdən asılıdır.