Müəllif - Aida İsaq, Banco.az
Rusiyaya taxıl sazişinin müddətinin uzadılması ilə bağlı təkliflər irəli sürülüb. Banco.az xəbər verir ki, Qərb "Togliatti-Odessa" ammonyak boru kəməri ilə tədarükün bərpası üçün təhlükəsizlik zəmanəti vəd edir.
Məlumata görə, təxminən 2,3 milyon ton ammonyakın nəql olunduğu boru kəməri Moskvaya əlavə 2,4 milyard dollar ixrac gəliri gətirə bilər. ABŞ "Rosselxozbank"a ABŞ bankları ilə əlaqələrin qurulmasında güzəştə getmək niyyətindədir. Ancaq ekspertlər Vaşinqtonun adı çəkilən bankın məlumatların ötürülməsi və SWIFT ödənişləri üçün banklararası sistemə qoşmayacağını düşünür.
Eyni zamanda, ekspertlər Rusiya və Ukrayna tərəfinin müqavilə müddətinin 19 noyabr şənbə gününə qədər uzadılmasına razılıq verəcəyini proqnozlaşdırır. Ancaq Rusiya tərəfinin müqavilənin müddətinin uzadılması və ya hər hansı digər detallar müqabilində hansı şərtləri irəli sürəcəyi məlum deyil.
Qeyd edək ki, oktyabrın 29-da Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin Sevastopolda Qara dəniz donanmasına hücumundan sonra Rusiyanın taxıl sazişinin müddəalarına əməl etməkdən imtina edib. Noyabrın 2-də Müdafiə Nazirliyi Kiyevin zəmanət xarakterli bəyanatından sonra Moskva fəaliyyətini bərpa edib.
Taxıl sazişi noyabrın 19-dək 120 gün müddətinə bağlanıb. Tərəflərdən biri etiraz etmədiyi halda, müqavilə avtomatik olaraq daha 120 gün müddətinə qədər uzadılır.
Bizi sosial şəbəkələrdən izləyin!!