“Taxıl müqaviləsinin bir hissəsi hələ də həyata keçirilməyib” | Banco.az

“Taxıl müqaviləsinin bir hissəsi hələ də həyata keçirilməyib”

Müəllif - Aida İsaq, Banco.az

Taxıl müqaviləsinin bir hissəsi hələ də icra olunmayıb.

Banco.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, yaxın günlərdə BMT rəsmi nümayəndələrinin Qara dəniz sazişlərinin məşhur ikinci hissəsinin və ya taxıl müqaviləsinin icrası ilə bağlı müvafiq dövlətlərlə əlaqə saxlamağa davam etmələri barəsində bəyanatı açıqlanıb. Rusiya nümayəndəsi Kremlin bu razılaşmaların icrasını gözlədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya aprelin 3-də keçirdiyi mətbuat konfransında bildirib ki, ərzaq və gübrə ixracı ilə bağlı sazişin Rusiyaya aid olan qismi hələ də icra olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram