Nəinki kredit kartları ilə bağlı məlumatları (rekvizitləri), həm də onların müştərilər tərəfindən harada istifadə olunması ilə bağlı verilənlər bazasını da satmaq mümkündür. Bunlar isə kiber cinayətkarlar üçün yeni stimuldur.
1. Heartland Ödəniş Sitemləri (HPY): 130 milyon Kart
Bu günə qədər, Heartland Payments Systems şirkətinin “hack” edilməsi, kredit və debet kartları üzrə ən böyük məlumat təhlükəsizliyinin pozulması halı hesab olunur. Təkbaşına hərəkət edən “hacker” ödəniş prosessinqi şirkətinin sistemini 2009-cu ildə yarır və 2013-cü ildə saxlanılaraq, həbs olunur. 2013-cü ildə həmin hacker daxil olmaqla, daha beş nəfərin bir sıra riteyl, maliyyə institutları və ödəniş prosessinq şirkətlərinə hücum etdiyi və şəxsi indetifikasıya və kredit/debet kart məlumatlarının oğurlanması qeydə alınıb. Iddianamədə 160 milyon kartdan söhbət açılır. Hadisədən zərər çəkən digər şirkətlərə NASDAQ, 7-Eleven, Carrefour, JC Penney, Hannaford, Wet Seal, Commidea, Dexia, JetBlue, Dow Jones, Euronet, Visa Jordan, Global Payment, Diners Singapore və Ingenicard daxildir.
2. TJX Companies (TJX): 94 milyon kart
TJMaxx və Marshall's kimi riteyl şirkətlərə sahib olan, qrup 2006-cı ildə kiber-hücuma məruz qalıb, bu haqda Associated Press məlumat verib. Həm Visa həm də MasterCard üzrə məlumatlar oğurlanmış olsa da, AP-nın veridiyi xəbərə əsasən, təkcə Visa üçün, cinayətlə bağlı itkilər 13 ölkə ərazisndə 68-83 milyon dollar arasında olub. İstehlakçı İşləri agentliyi (Consumer Affairs ) bildirib ki, kompaniya Visaya 41 milyon, MasterCard-a isə 24 milyon dollar ödəməli olub, daha $9.75 milyon dollar isə 42 ştatda istehlakçı müdafisəsinin qurulmasına sərf olunub.
3. TRW/Sears: 90 milyon kart
New York Times qəzeti məlumat verir ki, demək olar 33 il əvvəl, aparıcı kredit ittifaqı TRW-nın müdafiə parolu Sears-ın (Sears Holdings Corp SHLD) Cənub Sahilində yerləşən departamentindən oğurlanıb. Həmin parol, insanların kredit tarixçələrinə baxmaq və şəxsi indormasiyalarına oğlan məlumatları açmaq üçün nəzərdə tutulub və həmin məlumatlarla müştərilərin kredit kartları nömrələrinə çıxış əldə etmək mümkündür.
4. Home Depot Inc: 56 milyon kart
Wall Street Journal yazır ki, 2014-cü ildə riteyl şirkətinə həyəta keçirilmiş bu kiber-basqın, “unikal, məxsusi hazırlanmış zərərverici” proqram təminatı vasitəsi ilə mümkün olub. Fortune jurnalı yazır ki, Home Depot sonda banklara $25 milyon, $134.5 isə Visa və MasterCard kart şirkətlərinə, $19.5 milyon isə zərərçəkmiş müştərilərə ödəyib.
5. Target Corp. (TGT): 40 milyon kart
WSJ-nin verdiyi məlumata əsasən, 2013-cü ildə Target korporasiyasında müştərlərin kredit və debet kartları məlumatları hücuma məruz qalıb. Məlumat sızması cinayəti diskount şirkətinin sadəcə reputasiyasını zədələmədi, həm də ona böyük maliyyə itkilərinə başa gəldi. 2015-ci ildə Reuters yazır ki, kompaniya cinayətlə bağlı 290 milyon xərcləyib və gözləyir ki, 90 milyon dollar həcmində sığorta təzminatı həmin xərclərin bir hissəsini qarşılayacaq. Bu vəsaitdən $10 milyon müştərilər ilə olan mübahisələrə, $67 milyon Visa şirkətinə, $19.11 milyon MasterCarda, $20.25 milyon dollar isə banklar və kredit ittifaqlarına ödənib.
Könül Soltanova, Banco.az