Avstraliyanın “Qantas Airways” aviaşirkətinə məxsus təyyarə birbaşa uçuş edərək rekorda imza atıb.
“Sunrise” layihəsi çərçivəsində ilk sınaq uçuşu həyata keçirilib. Təyyarə 16 200 km-dən çox uçaraq 07:49-da Sidney beynəlxalq hava limanında eniş edib. Uçuş 19 saat 16 dəqiqə davam edib. Sərnişinlər tarixdəki ən uzun birbaşa uçuş haqqında təəssüratlarını bölüşüb.
“Mən Las Veqasın üzərindən uçarkən makarena oynayırdım”
Hava gəmisinin göyərtəsində 49 sərnişin və ekipaj üzvləri olub. Uzunmüddətli uçuşun məqsədi uçuş iştirakçılarının hər birinin vəziyyəti barədə məlumatların toplanması idi. Əldə olunmuş informasiya kömək edəcək ki, göyərtədəki insanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün ölçü götürülsün, ekipajın işi və istirahəti üçün ən optimal vaxt intervalı müəyyən edilsin.
Sərnişinlər üçün sınaq uçuşu nahar ilə başlayıb. Ekipaj ilk 6 saat ərzində işıqları söndürməyib. İşıqlandırma insanların vaxt fərqinə alışmalarına kömək etməli idi. Ekipaj komandiri Şon Qoldinq qeyd edir: “Ümumilikdə uçuşun gedişatından məmnunuq və bu uçuşların müntəzəm olaraq həyata keçirilməsi üçün zəruri olan bəzi məlumatları əldə etməyimiz çox məqsədəuyğun oldu”.
Həmçinin oxu: Rusiyada təyyarə biletləri bahalaşacaq
“Bloomberg”in müxbiri Anqus Uitli “Qantas Airways”in uçuşunun iştirakçılarından biri olub. O, havada keçirdiyi zaman müddətində vəziyyətinin necə dəyişdiyini anlamaq üçün şəxsi testlərini keçirməyi qərara alıb.
“Səfərdən əvvəl qan təzyiqimi, ürək döyüntülərimi və qanın oksigenlə doyma dərəcəsini izləmək üçün avadanlıqlar aldım. Mənim həmçinin yaddaş testim və əhval-ruhiyyəyə nəzarət üçün anketim var. Bilmək istəyirəm ki, belə uzun müddət davam edən uçuş beynimin işinə və ya əhvalıma necə təsir edir”
O, deyir ki, digər sərnişinlər təcrübənin fiziki təzyiqini hiss edib. Bəziləri uçuş zamanı yatmamaq üçün ayaq üstə dururdu. Təyyarə havaya qalxdıqdan dörd saat sonra sərnişinlərin vəziyyətini nəzarət altında saxlayan mütəxəssislər onlara idman hərəkətləri (vertical push ups) etməyi məsləhət görüb.
“Qantas Airways” gələcəkdə Avstraliyanın şərq sahilindən London və Nyu-Yorka birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır: noyabrda London—Sidney reysi və dekabrda Nyu-York—Sidney. “Sunrise” layihəsinin gələcək inkişafı haqqında qərar ilin sonuna qədər qəbul olunacaq.
Həmçinin oxu: İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq
Əvvəllər Sidney Universitetinin biznes məktəbində nəqliyyat sferasının menecmenti və logistika üzrə fənn tədris etmiş Riko Merkert açıqlamasında deyib ki, qiymət siyasəti baxımından “Qantas”ın uzunmüddətli uçuşları bizness klass sərnişinlərinə və vaxtına qənaət etmək istəyənlərə hesablanıb. Daha əvvəlki rekordçu isə “Singapore Airlines”olub. 2018-ci ildə şirkətə məxsus təyyarə Sinqapurdan Nyu-Yorka qədər məsafəni 17 saat 25 dəqiqəyə qət edib.
Həmçinin oxu: Təyyarədə telefonları niyə söndürürük?