TAP kəməri Avropanın enerji təhlükəsizliyi və diversifikasiyasında mühüm rola malikdir | Banco.az

TAP kəməri Avropanın enerji təhlükəsizliyi və diversifikasiyasında mühüm rola malikdir

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) onu əhatə edən regionda enerji təhlükəsizliyinin və diversifikasiyasının daha geniş şəkildə təmin edilməsi cəhətindən çox vacibdir. TAP konsorsiumunun məlumatına əsasən, qaz kəmərinin işə salınması ərazilərdən keçən ölkələrə (Yunanıstan Albaniyası və İtaliya) dərhal böyük fayda gətirəcək. Bundan əlavə, TAP Avropada enerji daşıyıcılarının hərəkətini asanlaşdıracaq əsas layihələrdən biridir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə kəmərin ötürmə gücünü iki dəfə artırmaq mümkün olacaq. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et