Bu ilin oktyabr ayında Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyaya qaz tədarükünə töhfəsini ötən illə müqayisədə 21% artırıb.
Bu barədə TAP konsorsiumunun “Twitter” hesabına istinadən məlumat verilir.
Bildirilir ki, İtaliyanın Ətraf mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin oktyabr ayı məlumatlarına görə, TAP İtaliyanın ikinci ən böyük qaz təchizatı mənbəyidir.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!