Tanınmış şirkət II rübdə 394 milyon dollar zərər etdi | Banco.az

Tanınmış şirkət II rübdə 394 milyon dollar zərər etdi

Tamara Mustafayeva, Banco.az

Məşhur geyim markasının bir neçə gün əvvəl açıqladığı ikinci rüb üzrə göstəricilərə görə, şirkət ikinci rübdə böyük zərər edib. 

Banco.az Business Insider xəbər portalına istinadən bildirir ki, ikinci rübdə şirkətin satışları 35% azalaraq 4.3 milyard dollara geriləyib və bununla da şirkət 394 milyon dollar zərər edib.

Adidas-ın sahib olduğu Reebok markası üçün isə vəziyyət daha da pis olub. Belə ki, əsasən ABŞ bazarına bel bağlayan markanın gəlirləri ikinci rübdə 42% azalıb.

Bu mənfi göstəricilərə baxmayaraq, idman geyim nəhəngi e-ticarət sahəsində əsaslı böyümə əldə edib. Belə ki, ikinci rübdə onlayn satışlar demək olar ki, iki qat artaraq 93% artıma imza atıb və bu satışlar Adidas firmasının ümumi fəaliyyətinin üçdə birindən çoxunu təşkil edib. Onu da qeyd edək ki, bu göstəricilər Adidas firmasının rəsmi internet saytı və şəriklərinin internet saytları vasitəsilə həyata keçirilən satışlara əsaslanır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən edilən açıqlamaya görə, üçüncü rübdə hər hansı böyük karantin tədbirləri olmadığı təqdirdə hətta satışlarda geriləmə olsa da, şirkət qazanc əldə edə biləcək.

Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et