Tanınmış bankın idarə heyətində dəyişiklik olub | Banco.az

Tanınmış bankın idarə heyətində dəyişiklik olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley”in baş icraçı direktoru (CEO) vəzifəsini tərk edib.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Morgan Stanley”in yaydığı bəyanata görə, 2024-cü il yanvarın 1-dən etibarən Ted Pik baş direktor vəzifəsində Ceyms Qormanı əvəz edəcək.

Bəyanatda deyilir ki, bankın “Wall Street” əməliyyatlarına rəhbərlik etməklə vəzifəsi pillə-pillə artan Ted Pik həmçinin Nyu-Yorkda yerləşən bankın idarə heyətinə də daxil olacaq.

Qorman isə hələ açıqlanmayan müddətə icraçı sədr olaraq qalacaq.

Xatırladaq ki, “Morgan Stanley” may ayında Qormanın bir il ərzində vəzifəsini tərk etməyi planlaşdırdığını və varisini bankın üç əsas şöbə müdirindən biri arasından seçəcəyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et