Tamamilə sürücüsüz Tesla modelləri bu tarixdə hazır olacaq | Banco.az

Tamamilə sürücüsüz Tesla modelləri bu tarixdə hazır olacaq

Tamara Mustafayeva, Banco.az

İlon Mask rəsmi twitter səhifəsindən etdiyi açıqlama ilə Tesla modellərinin "tamamilə avtonom sürücülük" funksiyasının 2021-ci ilin əvvələrində abunəlik sistemi formasında istifadəyə veriləcəyini bildirib.

Hazırda Tesla avtomobillərində özündə avtomatik əyləc sistemi, sürətləndirilə və istiqamətləndirilə bilən sürücü köməkçisi funksiyalarını birləşdirən Avtopilot ("Autopilot") mövcuddur. 10 min dollar dəyərində əlavə seçim kimi təqdim ediləcək "tamamilə avtonom sürücülük" paketi isə yuxarıdakı funksiyalarla yanaşı, avtomobilin öz-özünə parkinq etməsinə, hərəkət zolağını dəyişməsinə, dayanmaqla bağlı xəbərdarlıq nişanlarını və işıqforu tanımasına imkan yaradan məxsusi funksiyalara sahib olacaq.

Buna baxmayaraq, sözügedən funksiyalar belə Tesla avtomobillərini tamamilə avtonom etmir. ABŞ hökumətinə görə, hazırda bazara çıxarılmış heç bir nəqliyyat vasitəsi sürücüsüz fəaliyyət göstərə bilməz. 

Həmçinin oxu: Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram