Taleh Kazımov : “İnternet bankçılıq 55% böyüyüb” | Banco.az

Taleh Kazımov : “İnternet bankçılıq 55% böyüyüb”

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda internet bankçılıqla aparılan əməliyyatların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55 % çox olub.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Hazırda bank müştəriləri cari hesablar üzrə ödənişlərin 77%-ni elektron bankçılıq vasitəsi ilə həyata keçirir”, - deyə o, əlavə edib.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et