Taksit kartlar Facebook'da | Banco.az

Taksit kartlar Facebook'da

Taksit kartlar – banklarımızın portfelində özünə məxsus yer tutur. Bu kartların satışı və tanıtımı üçün banklar alternativ satış üsullarına daha çox əl atırlar. Məhz bu səbəbdəndir ki, taksit kartların çox vaxt ayrıca saytı, Facebook səhifələri, sifariş kanalları mövcud olur.

Banco.az olaraq, bu dəfə Yeni il öncəsi banklarımızın taksit kartlarının facebook səhifələrinə nəzər salmaq istədik.

Taksit kartlar partnyor şirkətlər ilə  birlikdə  mütəmadi olaraq yeni kampaniyalar həyata keçirir və bütün bu məlumatları sürətli şəkildə əldə etməyin ən rahat üsulu facebookdur. İlk öncə bütün səhifələrdə, daima yenilənən kampaniyalar haqqında informasiya paylaşılır. Həmçinin məhsulun özündə hər hansı bir dəyişiklik, nağdlaşdırma və ya endirim kampaniyaları, stimullaşdırıcı lotereyalar və s haqqında məlumat verilir.

Səhifələr müştərilərin arzu və istəklərini, həmçinin şikayət və təklifləri də öyrənmək üçün ideal məkandır.

Ən sərfəli kredit üçün müraciət et

Bəyənmə sayına görə liderlik  Bolkarta məxsusdur. Həmçinin bu səhifədə keçirilən AUTOLOOK müsabiqəsi səhifəni izləyicilərin marağına səbəb olmuşdur

Kapital Kart səhifəsi yeni yaranmasına baxmayaraq çox sürətlə böyüyür.

 Səhifələrin bəyənmə və müzakirə edilmə sayını isə infoqramda izləyə bilərsiniz. 

|Create infographics

 

Ən sərfəli krediti almaq üçün müraciət et