Taksit kartı seçərkən nələrə fikir vermək lazımdır? | Banco.az

Taksit kartı seçərkən nələrə fikir vermək lazımdır?

Taksit kartı istifadəsinin əhəmiyyətindən, üstünlüklərindən və istifadə edərkən nələrə diqqət edilməsi lazım olduğundan dəfələrlə bəhs etmişik. Amma taksit kartı istifadəsindən önəmli olan digər bir şey isə, taskit kartı seçimidir.

Əgər taksit kartınızın sizə ziyandan çox xeyir gətirməsini istəyirsinizsə, almadan əvvəl mümkün qədər çox araşdırma etməlisiniz.

Məsələn; tez-tez səyahət edirsinizsə, mil yığan taksit kartlarını seçsəniz, sonrakı uçuşlarınızı pulsuza gətirə bilərsiniz. Əgər taksit kartınızla daha çox alış-veriş edəcəksinizsə, xərclədikcə bal qazandıran bir kart seçə bilərsiniz. Buna görə də, taksit kartı seçimində diqqətli olmaq olduqca önəmlidir.

İllik xidmət haqqı

Bu bankın sizə təqdim etdiyi taksit kartı məhsuluna görə aldığı ödənişdir. Əslində xidmət haqqı üçün tələb edilən ödəniş çox da yüksək olmasa da, xoşagələn də deyil.

Bəzi banklar taksit kartları üçün illik üzvlük haqq tələb edir, bəziləri isə bu xidmət müqabilində heç bir ödəniş tələb etmir. Əgər taksit kartı üçün əlavə ödəniş etmək istəmirsinizsə, o zaman taksit kartı seçimi zamanı bir az daha araşdırmalısınız.

Hansı Taksit kartı üçün xidmət haqqı tələb olunur?

Bal və ya Bonus yığmaq

Etdiyiniz xərclər nəticəsində taksit kartınıza yığılan ballarla endirimli, hətta havayı alış-verişlər edə bilərsiniz. Kredit kartınızı seçərkən əhəmiyyətli olan meyarlardan biri də Bankınızın bal yığma sisteminin necə olduğu və partnyor mağazaların sayının çox olub olmamasıdır. Əgər partnyor mağazaların sayı çox deyilsə, deməli daha az bal toplamış olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Davamlı olaraq səyahət edən birisinizsə, uçuş etdiyiniz yerlərə görə mil balı yığan taksit kartı kartı seçmək sizin üçün daha faydalı olar.

Faiz dərəcələri

Taksit kartlarına tətbiq olunan faizlər üç yerə ayrılır. Aldığınız məhsula görə təyin olunan faiz (bəzi mağazalarda faiz tələb olunmur), gecikmə (cərimə) faizi (ödənişi vaxtında etmədiyiniz hər gün üçün hesablanır) və nağdlaşdırma faizi. Bizdən sizə kiçik bir məsləhət məcbur qalmadıqca, nağdlaşdırmadan istifadə etməyin. Bu zaman təyin olunan faiz dərəcələri bankdan banka fərqli olsa da, hər bir halda yüksək sayıla biləcək dərəcədə olurlar. 

Faiz dərəcələrindən xəbərdar olmalısınız, çünki aldığınız kimi də ödəməlisiniz. Unutmayın yüksək faiz - aldığınızdan çox ödəniş etmək deməkdir.

Taksit kartı kampaniyaları

Əgər əlinizdə hələ bir taksit kartı yoxdursa və almağı düşünürsünüzsə, bir az səbrli olun.

Alış-veriş mərkəzlərində, mağazalarda, marketlərdə olarkən diqqətlə ətrafınıza baxın. Taksit kartlarının aktiv kampaniyaları ilə rastlaşa bilərsiniz. Eyni zamanda bankların kampaniyalarını internet saytlarından və ya digər informasiya mənbələrindən də öyrənə bilərsiniz.

Bizdən sizə daha kiçik bir məsləhət - Çox sayda kampaniya təşkil edən taksit kartı sizin daha çox köməyinizə çata bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et