Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1495,7 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% artım qeydə alınıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə taksidən istifadə edən sərnişinlərin sayı 69 milyon 588 min nəfərə bərabər olub.
Qeyd edilib ki, sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!