Tailand hökuməti əhaliyə pul paylamağa başlayıb | Banco.az

Tailand hökuməti əhaliyə pul paylamağa başlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Tayland hökuməti 1,4 milyard dollarlıq iqtisadi stimullaşdırma proqramının bir hissəsi olaraq, milyonlarla vətəndaşa 10 000 baht (300 dollar) müavinət ödəməyə başlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb.

Məlumata  görə, birinci mərhələdə proqram əhalinin ən həssas təbəqələrindən olan 14,5 milyon vətəndaşı, dövlət sosial təminat kartı sahiblərini və əlilliyi olan şəxsləri əhatə edəcək. Proqramda iştirak etmək üçün ümumilikdə 36 milyon insan qeydiyyatdan keçib.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlcə vəsaitlərin smartfon tətbiqi vasitəsilə paylanması üçün xüsusi hazırlanmış rəqəmsal pul kisəsinə köçürülməsi planlaşdırılırdı, lakin sxemin həyata keçirilməsi təxirə salındı. Pullar birbaşa alıcıların bank hesablarına köçürüləcək.

Qeyd edək ki, ötən il Taylandın ÜDM artımı 1,9% təşkil edib ki, bu da gözləniləndən daha pis olub. Ölkə ev təsərrüfatlarının borcu, zəif ixrac və turizm gəlirlərinin azalması səbəbindən regional qonşularından geri qalır.

Ən sərfəli krediti almaq üçün müraciət et