Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin Milli Bankının sədrliyinə, Respublika Əmanət bankının keçmiş rəhbəri 55 yaşlı Cəmşed Nurmuhəmmədzadəni təyin etdi.
Banco.az xarici mənbələrə istinadən xəbər verir.
Bu vəzifədə isə o, 2012-ci ilin fevral ayından Milli Banka rəhbərlik edən Əbdudcəbbor Şirinovu əvəz edir.
Ekspert heyəti, rəhbərlikdə baş verən dəyişiklikləri yerli valyutanın dəyərdən düşməsi səbəbilə valyuta bazarındakı vəziyyətlə əlaqələndirir.
Sonuncu məlumatlara istinadən, son iki ay ərzində ölkənin yerli valyutası olan somoni dollarla müqayisədə 10% dən də çox ucuzlaşıb.
“ТАСС” bildirir ki, hazırda ölkədə 1 dolların qiyməti 6,52 somoniyə bərabərdir.
Qeyd edək ki, bu dəyişikliyə səbəb olaraq, bankın keçmiş rəhbərliyinin milli valyutada stabilliyin yaradılması üçün mübadilə obyektlərinin bir neçəsinin ləğvi kimi, gördüyü effektsiz tədbirlərin cəmiyyətdə səbəb olduğu narazılıqları misal gətirmək olar.
Müəllif: Fidan Maqbet qızı