Sürücülük müəllimləri və velosipedçilər üçün sığorta | Banco.az

Sürücülük müəllimləri və velosipedçilər üçün sığorta

Ukraynada "PZU" sığorta şirkəti ən riskli işlərlə məşğul olanlar üçün yeni könüllü tibbi sığorta məhsulu buraxıb. Martın 26-dan etibarən şirkət velosipedçilər, piyadalar, şagirdlər, sürücülük məktəblərinin instruktorları və fəaliyyəti səfərlərlə bağlı olan şəxslər (kuryer, poçtalyon) üçün “yol nəqliyyat hadisəsi (YNH) zamanı könüllü tibbi sığorta (KTS)” adlı yeni məhsul istifadəyə verib.
Bu sığortanı alanların hadisə zamanı ilkin tibbi yardım xərcləri şirkət tərəfindən ödəniləcək. Bundan başqa, sığortalı ağır xəsarətlər zamanı müddətindən asılı olmayaraq stasionar müalicə üçün sığorta ödənişi də ala biləcək. Bu sığorta məhsulunun daha bir xüsusiyyəti ondan ibarətdir ki, müqaviləyə əsasən, sığortalı təkcə sürücü deyil, sərnişin və ya sadəcə piyada olduğu halda da qoruma altlındadır.
Sığorta məbləğindən asılı olaraq, 3 sığorta proqramı nəzərdə tutulub. Proqramların məbləği 1300 dollar, 2600 dollar və 5300 dollardır. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az