SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” adlı tədbir həyata keçiriləcək | Banco.az

SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” adlı tədbir həyata keçiriləcək

7 Avqust, 2020-ci il tarixində SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” tədbiri baş tutacaq. 

Saving Global/Raisin, Delivery Hero, Nearbanking, VK.COM, Yandex Money, Lending Club, Alkredit.az, Mandarin.io, Neodigital, Optio.ai, Payzakat və Paym.es-dən olan spikerlərlə tədbir, avqust ayının 7-si saat 19:00-da baş tutacaq. 

Tədbir hər biri 45 dəqiqə olan ”Traditional banking has changed strategy”, “Is fintech boosting financial inclusion?” və “Big Tech bursts on the scene” adlı 3 sessiyadan ibarət olacaqdır. 

2015-ci ildə qurulan SUP.VC  şirkəti startaplara xarici və yerli mentorlar vasitəsiylə  məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur.

2018-ci ildən etibarən isə SUP.VC regiondakı xüsusi korporativ innovasiya proqramları təklif etmək üzrə ixtisaslaşmışdır.

Qlobaldan 38 mentor, 12 beynəlxalq hackathon, 22 startap şirkətinə ev sahibliyi edən SUP.VC, həmçinin bir neçə Fintech tədbirinin də təşkilatçısıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl UNİBANK-la birgə təşkil olunan 54 saatlıq Startup Weekend Fintech tədbiri, Bank Respublika ilə Fintech İnkubasiya Proqramı, VİSA-la Fintech Meetup, PASHABank-la Fintech WEEK, hətta Silikon Vadisinə Fintech Tur da məhz SUP.VC tərəfindən reallaşmışdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et