Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 267 643 ton xam neft ixrac edib.
SOCAR-ın verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq ayından 21% az olub.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Supsa limanından 2 121 271 ton neft ixrac olunub ki, bu da illik müqayisədə 10,6% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.
Mənbə: Report.az