Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsinə təsirləri mövzusunda “RiskTech” adlı Forum keçiriləcək | Banco.az

Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsinə təsirləri mövzusunda “RiskTech” adlı Forum keçiriləcək

30 oktyabr 2019-cu il tarixində Paşa Bank ASC-nin sponsorluğu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi iləAzərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən “RiskTech” Forumu keçiriləcəkdir. Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə olunması sahəsinə təsirlərinin müzakirə ediləcəyi Forumda risklərin idarə edilməsinin rəqəmsallaşması, süni zəka və blok zəncirinin risklərin idarə edilməsinə təsirləri, maliyyə xidmətlərinin rəqəmsal transformasiyası və Azərbaycanda rəqəmsal ekosistemin qurulması yolunda görülməli olan tədbirlərlə bağlı məruzələr və çıxışlar ediləcəkdir.

Qeyd etmək lazımdır ki, Forumda yerli peşəkar data və risk menecment mütəxəssisləri ilə yanaşı, nüfuzlu xarici informasiya texnologiyları şirkətləri və maliyyə qurumlarının nümayəndələri məruzəçi qismində çıxış edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə “Süni intellektin banklarda tətbiqi sahələri”, “Avtomatlaşdırılmış risk menecmenti alətlərinin üstün cəhətləri”, “Risklərin idarə edilməsinin  rəqəmsallaşması”, “Texnoloji risklərin kollektiv şəkildə idarə edilməsi üçün klaster effektivliyi” və digər bənzər mövzularda müzakirələr aparılacaqdır.

Forumda iştirak ödənişlidir. İştirak haqqı 80 AZN təşkil edir.

Qeydiyyatdan keçmək üçün http://exam.arpa.org.az/payments/ linkindən istifadə edə bilərsiniz. Daha ətraflı məlumat üçün tədbir üzrə əlaqələndirici şəxs Gülnar Hüseynlə (gulnar.huseyn@arpa.org.az, Tel: (+99412) 505 00 56; Mob: (+99455) 202 93 43) əlaqə saxlamağınız xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç