Süni intellekt mütəxəssislərinin milyonluq əmək haqları artmaqda davam edir | Banco.az

Süni intellekt mütəxəssislərinin milyonluq əmək haqları artmaqda davam edir

Süni intellekt sahəsində mütəxəssislərin əmək haqqı buluda qədərki yüksəkliyə qədər artmaqda davam edir. Buna sübut OpenAİ şirkətinin vergi bəyannaməsindəki məlumatlar şahidlik edir. OpenAİ 2015-ci ildə İlon Mask və bir neçə investor tərəfindən əsası qoyulmuş süni intellekt sahəsində araşdırmalarla məşğul olan qeyri kommersiya təşkilatıdır.

“New York Times” nəşrinin istinad etdiyi sənəddən görünür ki, 2016-cı ildə OpenAİ süni intellekt sahəsində özünün baş aparıcı mütəxəssisi İlya Sutskeverə 1,9 milyon dollar əmək haqqı vermişdir. Şirkətin daha bir baş elmi əməkdaşı İan Qudfelou(İan Goodfellow) 800 min dollardan çox əmək haqqı almışdır. Bu əməkdaş şirkətə 2016-cı ilin martında işə düzəlmişdir. Hər iki mütəxəssis “Google”ın yetişdirməsidir. Bundan başqa 2016-cı ilin iyun ayında OpenAİ-yə işə düzələn robototexnika mühəndisi  Piter Abbil(Pieter Abbeel) 425 min ABŞ dolları əmək haqqı almışdır. Bu mütəxəssis Kaliforniya Universitetindən OpenAİ-yə keçmişdir. Bonus da daxil olmaqla göstərilən məbləğlər əməkdaşlara müqavilə zamanı aydın şəkildə yazılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bütölükdə OpenAİ fəaliyyətə başladığı birinci ildə(2016) 11 milyon dollar xərcləmişdir ki, bununda 7 milyon dolları əmək haqqı və digər mükafatlandırılmaya gedmişdir. 

Ümumiyyətlə dünyada süni intellekt sistemini işləyib hazırlamağı bacaran elmi dərəcəsi olan 22000 proqramçı vardır. Artıq əmək bazarında süni intellekt mütəxəssilərinn kəskin çatışmazlığı hiss olunduğundan onlara yüksək əmək haqqı təklif edən şirkətlərin sayı zon zamanlar durmadan artmaqdadır.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et