Süni intellekt insanların işini əlindən ala bilərmi? | Banco.az

Süni intellekt insanların işini əlindən ala bilərmi?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyada süni intellektlə bağlı müzakirələr davam etməkdədir.

Banco.az xəbər verir ki, “ChatGPT” kimi süni intellekt məhsulları gündəlik həyatımızın bir parçası olmağa yönəlmiş irəliləyişlər etdikcə və onların nə qədər güclü ola biləcəyi haqqında yeni şeylər öyrəndikcə, hər kəsin beynində mövzu ilə bağlı suallar artır; Süni intellekt iş dünyasına necə təsir edəcək, hansı peşələr süni intellektin əlinə keçəcək, yoxsa həqiqətən də onun insanları işdən çıxarmaq potensialı var?

Belə ki, nəqliyyat vasitələrini avtonom idarə etməyə imkan verən, yazıçı yerinə məqalə və kod yaza bilən süni intellektin bir çoxlarımızın işini ələ keçirməsi istər-istəməz beynimizdə sual işarəsi yaradır.

“Goldman Sachs”ın yeni dərc edilmiş hesabatında bu sual işarələrini təsdiqləyən cavablar diqqət çəkib.

Hesabatda qeyd edilir ki, əmək bazarı üçün üfüqdə "əhəmiyyətli pisləşmə" görünür. Bankın ABŞ və Avropadakı iş həyatının təhlili göstərir ki, iş yerlərinin üçdə ikisi ən azı müəyyən dərəcədə avtomatlaşdırıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, süni intellektin biznes sektoruna inteqrasiyası ilə dünya üzrə 300 milyona qədər iş yerinin bu vəziyyətdən təsirlənə biləcəyi bildirilir. Odur ki, əmək bazarlarında dəyişikliklərin ehtimal olunduğu vurğulanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et