Müəllif:Mehin Qasımova/Banco.az
Süni intellekt son bir ildə həyatımıza inteqrasiya olunduqdan sonra hər sahədə özünü təkmilləşdirməyə davam edir.
Banco.az xəbər verir ki, İngiltərə hava limanlarında süni intellektlə dəstəklənən üz tanıma sistemləri ilə yeni dövrə qədəm qoyur.
Böyük Britaniyanın hava limanlarında süni intellektli üz tanıma sisteminin tətbiqi ilə pasport nəzarətinə ehtiyac qalmayacaq.
E-Gate adlanan bu sistem sərnişinlərin səyahət əməliyyatlarını daha sürətli həyata keçirməsinə imkan yaratsa da, süni intellektin uçacaq sərnişinlərin qeydləri skan edərək immiqrasiya qanunlarına uyğun olub-olmadığını anlaya biləcəyi qeyd edilib.
İngiltərə Sərhəd Qoşunlarının baş direktoru Fil Duqlas qeyd edib ki, bu sistemin tətbiqi ilə insanlar haqqında əvvəlcədən daha çox məlumatımız olacaq:
"Daha əvvəl İngiltərədə olub-olmadığını biləcəyik. Onların immiqrasiya qanunlarına uyğunluğunu biləcəyik. Bizim təhlükəsizlik sistemlərimizdə bunlara dair hər hansı qeyd olub-olmadığını biləcəyik".
Yeni texnologiyanın sınaqlarının bu il həyata keçiriləcəyi bildirilib.
Bundan əlavə, transsərhəd rəqəmsal şəxsiyyətlər də sınaqdan keçirilir ki, bu da gələcəkdə pasportların tarixə qovuşmasına səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!