"Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur" | Banco.az

"Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et