Strateji Planlama şöbəsinə mütəxəssis üzrə VAKANSİYA | Banco.az

Strateji Planlama şöbəsinə mütəxəssis üzrə VAKANSİYA

DəmirBank ASC Strateji İnkişaf Departamentində Strateji Planlama şöbəsinə mütəxəssis vakansiyası elan edir.

İşin təsviri:

Rəqib banklar, məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;

Bankın missiyası və strateji baxışının hazırlanması;

Strateji inkişaf planının hazırlanması;

Bankın inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;

Regionlarda rəqabət mühitinin təhlili, mövcud və potensial  inkişaf perspektivlərinin araşdırılması;

Regionlarda iqtisadi sektorların fəaliyyəti üzrə statistik məlumatların toplanması və sektorların gələcək inkişafı proqnozlarının verilməsi;

Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;

Strategiyanın işçilərə çatdırılması istiqamətində qısa icmal kitabçasının hazırlanması;

Bankın struktur bölmələri üzrə fəaliyyət planlarının hazırlanması.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);

Komandada işləmək bacarığının olması;

Ən sərfəli kredit üçün müraciət et

Strateji idarəetmə sahəsində biliklərin olması;

Ümumi bank işi və idarəetmə bacarıqlarının olması;

Analitik və yaradıcı düşüncə tərzinin olması;

Sözügedən sahədə iş təcrübəsi üstünlük hesab olunur;

İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;

Makroiqtisadiyyat sahəsində biliklərin olması;

Statistik biliklərin olması;

Microsoft Office biliklərinin olması (xüsusi ilə Excel).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2014-cü il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji Planlama şöbəsinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə müraciət məktublarının mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et