Stiv Jobs uşaqlarına “İphone”nu qadağan edibmiş | Banco.az

Stiv Jobs uşaqlarına “İphone”nu qadağan edibmiş

Tanınmış amerikalı ixtiraçı, “Apple”ın yaradıcısı Stiv Cobs övladlarına “iPhone” işlətməyi qadağan edibmiş.

Cobs bu haqda bir vaxtlar  “The New York Times”a müsahibəsində deyib. Stiv daha bir etiraf edib. O, övladlarının etirazına baxmayaraq, onlara həftə sonu və axşamlar kompüterdən, “iPad”dən və internetdən istifadəni qadağan edirmiş.

“Telefon narkotik kimidir. Mütəxəssislər deyir ki, uşaqlara planşetlərdən 30 dəqiqədən artıq istifadə etməyə icazə verilməməlidir. Smartfon telefonlarını isə 2 saatdan artıq işlətməsinlər. 10-14 yaşlı uşaqlar isə kompüterdən yalnız dərsləri üçün yararlana bilərlər” deyə o, müsahibəsində əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

S.Cobs uşaqları ilə şam yeməyində dərslərdən, kitablardan, tarixdən, hətta siyasətdən danışırmış. Övladları ona “iPhone”la bağlı isə ümumiyyətlə sual verməyiblər.  O, hər zaman uşaqlarını internetdən asılı olmadan böyüdəcəyini arzulayıb.

Qeyde dək ki, Cobs 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. 

axsam.az

Ən sərfəli krediti almaq üçün müraciət et