“Stellantis” İspaniyada 4 milyard avroluq akkumulyator zavodu tikəcək | Banco.az

“Stellantis” İspaniyada 4 milyard avroluq akkumulyator zavodu tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Stellantis”, Çinin elektrik avtomobilləri üçün akkumulyator istehsalçısı “Contemporary Amperex Technology” (CATL) ilə İspaniyada birgə müəssisə yaratmaq barədə razılığa gəlib.

Banco.az xəbər verir ki, müqavilə çərçivəsində Niderland avtomobil istehsalçısı layihəyə 4,1 milyard avroya qədər investisiya yatıracaq.

Məlumata görə, zavod İspanoyanın Saraqosa şəhərində yerləşəcək və 2026-cı ilin sonuna kimi litium-dəmir fosfat akkumulyatorlarının istehsalına başlayacaq. Zavodun layihə gücü ildə 50 GVt/saat təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, CATL 36,8% bazar payı ilə dünyanın ən böyük elektrik avtomobil akkumulyatorları istehsalçısıdır. Çin şirkətinin artıq Avropada iki zavodu var - Almaniyada və Macarıstanda.

İspaniya hələ 2020-ci ildə ölkədə elektromobillərin və onlar üçün akkumulyatorların istehsalı planını açıqlamışdı. Fondun ümumi həcmi 5 milyard avro təşkil edib ki, bundan da “Stellantis” təxminən 300 milyon avro əldə edib.