"Starbucks" brend strategiyasını yenidən formalaşdırır | Banco.az

"Starbucks" brend strategiyasını yenidən formalaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Starbucks” reklam strategiyasını dəyişdirərək mövsümi içkilərə üstünlük verməyi hədəfləyir.

Banco.az xəbər verir ki, “Wall Street Journal”ın xəbərinə görə, “Starbucks” yeni strategiyası çərçivəsində mobil tətbiqi vasitəsilə təklif etdiyi endirimləri azaldaraq müştərilərinə tam qiymətə qəhvə və çay təklif etməyi planlaşdırır.

Sentyabr ayında vəzifəyə başlayan yeni CEO Brayan Nikolun rəhbərliyi altında alınan bu qərar markanı yenidən premium mövqeyə daşımağı hədəfləyir. Təsadüfi deyil ki, vəzifəsinin ikinci günü Nikol şirkətin icma qəhvəxana köklərinə qayıtmaq planlarını açıqlamışdı.

Bundan əlavə, sözügedən addım intensiv endirim dövrlərində işçilərin iş yükünü azaltmaq məqsədi də daşıyır.

Qeyd edilib ki, bu il “Starbucks” bayram mövsümünü ümumi endirimlərdən daha çox mövsümi içkilərini vurğulayan reklam kampaniyaları ilə təşviq etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

İki rübdür ki, satışlarının azalması ilə mübarizə aparan ABŞ-ın kofe restoranları nəhəngi “Starbucks” yeni CEO Brayan Nikolun rəhbərliyi altında endirim kampaniyalarından uzaqlaşaraq və mövsümi içkilərə diqqət yetirərək, eyni zamanda mağaza təcrübəsini təkmilləşdirməklə markanı əvvəlki icma qəhvəxanası kimliyinə qaytarmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et