ABŞ – ın qəhvəxana şəbəkəsi “Starbucks” ABŞ –da fəaliyyət göstərən 150 mağazasını 2019-cu ildə bağlamaq qərarına gəldi. Bu qərarın səbəbi isə gözləniləndən daha az inkişaf müşahidə olunmasıdır. Qəhvəxana şəbəkəsi bu yolla satışları artırmağı planlaşdırır.
“Starbucks” bir müddərdir ki, “Mc Donald`s”-ın da aralarında olduğu aşağı qiymətə xidmət göstərən fast-fud şəbəkələri ilə rəqabət aparır. Təəssüf ki, “Starbucks” 6 rübdür ki, ard-arda uğursuz satış performansı göstərir.
Tamara Mustafayeva, banco.az