"Standard & Poor's": Dünya ölkələrinin borcları rekord həddə çatacaq | Banco.az

"Standard & Poor's": Dünya ölkələrinin borcları rekord həddə çatacaq

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya ölkələrinin məcmu borclarının rekord həddə - 44 trln. ABŞ dollarına çatacağını proqnozlaşdırır. 

Türk mətbuatına istinadən xəbər verilir ki, bu barədə agentliyin hesabatında bildirilib. 

Hesabata əsasən, bu il dünya ölkələri əlavə olaraq 6,8 trln. dollar məbləğində borclanacaqlar. Bu isə 2016-cı illə müqayisədə 315 mlrd. dollar və yaxud 4% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni borcların təxminən 60%-i 2 ölkənin - ABŞ və Yaponiyanın payına düşəcək. Bu ölkələrin müvafiq olaraq 2,2 trln. dollar və 1,8 trln. dollar borc alacaqları proqnozlaşdırılır. Borclanmanın məbləğinə görə, növbəti yerlərdə Çin, İtaliya və Fransanın qərarlaşacağı gozlənilir. 

"Standard & Poor's" həmçinin bu il qlobal borcların dünya üzrə ümumi daxili məhsulun 9%-i qədər olacağını proqnozlaşdırır. 

Mənbə: Report.az