"Standard Insurance"ın yığımları artıb | Banco.az

"Standard Insurance"ın yığımları artıb

Bu ilin yanvar-may aylarında "Standard Insurance" ASC-nin yığımları 10 187,721 min manat təşkil edib.

Bu barədə "Report"a sığorta şirkətindən məlumat verilib.

Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb. Belə ki, "Standard Insurance" yanvar-mayda 3 250,951 min manat sığorta ödənişi verib. Bu isə 2015-ci ilin eyni dövrünə nisbətən 6,4% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkət ötən ilin ilk 5 ayında 3 054,535 min sığorta ödənişi həyata keçirmişdi.

Xatırladaq ki, 2015-ci ilin ilk 5 ayında "Standard Insurance" 8 365,046 min manat sığorta haqqı toplamışdı.

Ən sərfəli krediti almaq üçün müraciət et