Bu ilin III rübündə Böyük Britaniyanın "Standard Chartered" bankının vergiyəqədərki mənfəəti 1,1 milyard ABŞ dolları təşkil edib.
Bu, bankın proqnozundan 100 milyon dollar çoxdur.
Analitiklər isə sözügedən göstəricinin 1,06-1,24 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırırdı.
Rüb ərzində "Standard Chartered" proqnozundan 170 milyon dollar çox - 3,98 milyard dollar əməliyyat mənfəəti əldə edib. Bankın əməliyyat xərcləri isə 2,5 milyard dollar təşkil edib.
Report.az