SQ3R — mətnlərin mənimsənməsi texnikası | Banco.az

SQ3R — mətnlərin mənimsənməsi texnikası

SQ3R — mətnlərin mənimsənməsi texnikası

SQ3R —  mətnin keyfiyyətli şəkildə mənimsənilməsinə istiqamətlənmiş texnikalar məcmusudur. O, mütaliədən maksimim xeyir almaq imkanı verir, öyrənilən informasiyanın strukturlaşdırmağa və mənasını dərk etməyə kömək edir və sizin məqsədlərinizə müvafiq gələn məlumatları tapıb yadda saxlamağa imkan verir.

Ağıllı SQ3R adı arxasında çox sadə bir amil gizlənir –mətnin oxusundan maksimal xeyir götürməyə yardımçı olma metodu. Bu adətən o zaman köməyə yarayır ki, siz mətni şəxsi məmnuniyyətinizdən irəli gələrək deyil, daha çox digər məqsədlərə görə oxuyursunuz, buna tədris və ya özünü tədris, ixtisaslaşmış ədəbiyyatın öyrənilməsi və ya hər hansı bir peşəkar sahədən baş çıxarmaq üçün mətnlərin oxusu aid ola bilər.

SQ3R — bu beş addımdan ibarət olan, informasiya ilə işləmə alqoritminin abreviaturasıdır: Survey (qiymətləndirmək), Question (sual vermək), Read (oxumaq), Recall (yada salmaq) и Review (yenidən nəzərdən keçirmək).

Təlimat

  1. Qiymətləndirin (Survey / Skim). Çevik şəkildə bütün mətni gözdən keçirin ki, onun haqqında ümumi təsəvvür yarada biləsiniz. Baxışınızla cəld bir şəkildə başlıqları, girişləri, paraqraf və yarım paraqrafları, hər hissənin başlanğıcının və sonluqları və fərqləndirilmiş sözlərin beyninizdə sürətini çıxarmağa çalışın. (Əgər nəticədə sizə elə gəlsə ki, bu mətn sizə lazım deyil, onda bu mərhələdəcə oxunu bitirmək olar).
  2. Suallar verin (Question).Bu sizə mətndən nə istədiyinizi anlamağa kömək olacaq  və növbəti addımlarda öyrəndiyiniz informasiyanı daha yaxşı strukturlaşdıra biləcəksiniz. Bu mətnlə əlaqədar ağlınıza gələcək və ya sizi mətni oxumağa sövq edən öhdəliklər ilə bağlı bütün sualları yazın. Ola bilsin bundan ötrü siz mətni bir daha gözdən keçmirtməli oldunuz. Başlıqları və yarım başlıqları suala çevirməyə çalışın, həmçinin mətnin özündə verilən suallardan istifadə edin. Bundan əlavə sizin cərgədən və ya sahədən, ixtisasdan ola başqa bir insanın bu mətnlə bağlı hansı suallar verə biləcəyini təsəvvür etməyə çalışın. Bir daha hansı məqsədlə oxuduğunuzu aydınlaşdırın və hədəflər müəyyən edin.
  3. Oxuyun (Read). Mətni oxuyun və sizin üçün daha əhəmiyyətli və faydalı olan hissələrə, həmçinin sizdə oyanan suallara cavab verən hissələrə daha çox diqqət yetirin. Mütaliə zamanı qeydlər götürün, əsas (həll edici, açar) sözlər üzərində dayanın, bir növ sizin üçün çox vacib olan informasiyanın beyninizdə sabitləşməsi möhkəmlənməsi üçün əqli xəritələr yaradın.
  4. Xatırlayın (Recall / Recite). Hər hansı bir başlığı və ya fəsli oxuyub bitirdikdən sonra, sizin suallara cavab verə biləcək həll edici məqamları qısaca ifadə etməyə çalışın (ya yazılı, ya da şifahi şəkildə, lakin mütləq öz sözləriniz ilə) və deyilənlərin informasiyanın qalan hissəsi ilə necə səsləşdiyini yoxlayın. Bu, öyrənilən informasiyanın daha yaxşı dərk olunmasına, yadda saxlanmasına və təşkilinə kömək edəcəkdir
  5. Yenidən nəzərdən keçirin (Review). Mətnə yenidən baxma və ya onun nəzərdən keçirmə müxtəlif formalarda ola bilər. siz onu təkrar oxuya, öz qeydləriniz ilə işləyə və ya əqli xəritələrdən istifadə, öyrənilmiş materialın digər insanlar ilə müzakirəsi və ya ümumi qavranılan materialı danışa bilərsiniz.

Əlbəttə göstərilən bu təlimat sadəcə bir parçadır, onun üzərində müxtəlif naxışlar salmaq isə sizin öhdənizə düşür, yəni siz bu skelet strukturdan istifadə edərək, mütaliəni daha səmərəli etmək üçün öz metodlarınızı da yarada bilərsiniz. Onu həmçinin yaradıcı oxu ilə çarpazlaşdıraraq nəticədə nə əmələ gəldiyinə baxmaq olar J Sizin işinizə yarayan bir variant seçməyə və ya yaratmağa cəhd edin, uğurlu qənaətləri digərləri ilə də paylaşın.

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova / Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et