“Spotify” ikinci rübü rekord xalis mənfəətlə başa vurdu | Banco.az

“Spotify” ikinci rübü rekord xalis mənfəətlə başa vurdu

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçin “Spotify Technology” şirkəti ikinci rübdə tarixində rekord xalis mənfəət əldə edib və abunəçi sayının artması hesabına gəlirini artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

“Spotify”ın son rübdə xalis mənfəəti 274 milyon avro təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 302 milyon avro zərərdən əhəmiyyətli dərəcədə irəliləyişdir. “FactSet” tərəfindən sorğuda iştirak edən analitiklər arasında səhm başına 1,23 avro olan konsensus təxminini üstələyərək, səhm üzrə mənfəət 1,33 avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin gəliri 20% artaraq 3,81 milyard avroya çatıb. Bundan əlavə, “Spotify”ın ödənişli abunəçi bazası illik müqayisədə 12% artaraq 246 milyon nəfərə çatıb.

Şirkət növbəti rübdə 4 milyard avroya qədər gəlir artımı proqnozlaşdırır.

Qeyd edək ki, “Spotify” səhmləri çərşənbə axşamı Nyu Yorkda bazar öncəsi ticarətdə 14,6% bahalaşıb. Şirkətin bazar dəyəri ilin əvvəlindən 57,2% artıb (57,7 milyard dollar)

Ən sərfəli krediti almaq üçün müraciət et