“SpaceX” yeni nəsil xəfiyyə peyklərinin ilk partiyasını buraxmağa hazırlaşır | Banco.az

“SpaceX” yeni nəsil xəfiyyə peyklərinin ilk partiyasını buraxmağa hazırlaşır

Müəllif:Ayşən İmanova/Banco.az

“SpaceX” şirkətinin “Falcon 9” raketi ABŞ Milli Kosmik Kəşfiyyat İdarəsinin (NRO) maraqlarına uyğun olaraq bir qrup peyklə birlikdə orbitə buraxılıb.

Banco.az xəbər verir ki, raket Kaliforniyanın Vandenberq hərbi hava bazasından buraxılıb. Adı “NROL-146” olaraq müəyyənləşdirilən gizli missiya, bu il “SpaceX” şirkətinin sayca 52-ci buraxılışıdır.

“NRO” rəsmiləri daha əvvəl orbitdəki kosmik gəmilərin sayını dörd dəfə artırmağı hədəflədiklərini bildirmişdilər. Onların fikrincə, bu, peyklərdəki yeni texnologiyalarla birləşərək, kəşfiyyat məlumatlarının toplanması həcminin on dəfə artmasını təmin edəcək.

Departament qeyd edib ki, daha kiçik və daha çox sayda peyk kritik ərazilərin tez-tez monitorinqini aparmağa imkan verəcək ki, bu da kəşfiyyat məlumatlarının daha sürətli alınmasına səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, peyklər 2021-ci ildə “SpaceX” və “Northrop Grumman”a verilən 1,8 milyard dollarlıq “NRO” müqaviləsi əsasında hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et