“SpaceX” “Starship”in 4-cü sınaq uçuşunu uğurla başa vurdu | Banco.az

“SpaceX” “Starship”in 4-cü sınaq uçuşunu uğurla başa vurdu

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın kosmik nəqliyyat şirkəti “SpaceX”ə məxsus “Starship” raketi 4-cü sınaq uçuşunu tamamlayıb və ilk dəfə yerə yumşaq eniş edib.

Banco.az xəbər verir ki, iyunun 6-da “SpaceX” “Super Heavy” daşıyıcı aparatı və eyniadlı “Starship” kosmik gəmisindən ibarət nəhəng “Starship” raket sisteminin dördüncü buraxılışını həyata keçirib. Kosmik gəmi ABŞ-ın Texas ştatındakı Starbase ərazisindən buraxılıb və uçuşdan sonra ilk dəfə Meksika körfəzinə yumşaq eniş edib.

“SpaceX”in məlumatına görə, dördüncü uçuş əvvəlki sınaqlarda olduğu kimi eyni trayektoriyanı izləyib.

Korporasiyanın təsisçisi İlon Mask komandanı “X” sosial şəbəkəsində uğurlu sınaq münasibətilə təbrik edib.

Xatırladaq ki, “SpaceX”in əvvəlki üç cəhdi, raketlərin missiyası tamamlanmamış məhv edilməsi ilə nəticələnmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram