Müəllif: Tamara Mustafayeva, Banco.az
“S&P Global” Türkiyə üçün yarımillik nəzərdən keçirməni tamamladığını, lakin hər hansı bir hesabat dərc etmədiyini açıqlayıb.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Standard & Poor’s” (S&P) Türkiyənin kredit reytinqi və proqnozuna dair yenilənmə yayımlamayıb.
S&P-nin açıqlamasına görə, təqvimdə qiymətləndirmə aparılması üçün 17 oktyabr tarixi müəyyən edilmiş Türkiyə, Hollandiya və Toqo üçün yenilənmə həyata keçirilməyib.
Açıqlamada bildirilib ki, bu ölkələr üçün yarımillik nəzərdən keçirmə aparılsa da, mövcud kredit reytinqlərində hər hansı dəyişiklik edilməyib.
Qeyd edilib ki, beynəlxalq kredit reytinq agentliklərinin illik təqvimlərində ölkələrin kredit reytinqləri və proqnozları üçün tarixlərin göstərilməsi mütləq yenilənmə ediləcəyi anlamına gəlmir.
Hal-hazırda “S&P” Türkiyənin uzunmüddətli kredit reytinqini “BB-”, kredit reytinqinin görünüşünü isə “sabit” kimi qiymətləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!