"S&P" "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşəcəyini proqnozlaşdırır | Banco.az

"S&P" "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşəcəyini proqnozlaşdırır

"Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "B-/C" səviyyəsində təsdiqləyib. "APA-Economics" xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

Agentliyin analitikləri hesab edir ki, adıçəkilən bank Azərbaycan, Rusiya və Qazaxıstanın müxtəlif banklarına nisbətən daha dayanıqlı biznes profilə malikdir.
 
"Bank Azərbaycanın regionlarında möhkəm mövqeyə malikdir. Bundan başqa, bankın adekvat biznes strukturu və nisbətən aqressiv inkişaf strategiyası var. Biz "Muğanbank"ın hazırkı biznes mövqeyini "mülayim" kimi qiymətləndiririk. Buna səbəb bankın yüksək gəlirliliyidir", - deyə analitiklər qeyd edir.
 
Bununla belə, agentliyin mütəxəssisləri hesab edir ki, əhalinin sərəncamında olan real gəlirlərin azalması, həmçinin milli valyutanın məzənnəsinin əhəmiyyətli dərəcədə zəifləməsi nəticəsində valyuta riskinin qismən kredit riskinə transformasiyası səbəbindən 2016-cı ildə "Muğanbank"ın aktivlərinin keyfiyyəti pisləşəcək (bankın kredit portfelinin 20%-ə yaxınını valyuta kreditləri təşkil edir).

Ən sərfəli kredit üçün müraciət et

"S&P"-nin proqnozuna görə, bankın ROA əmsalı 5% səviyyəsinədək düşəcək.
 
Analitiklər qeyd edir ki, bankın maliyyə göstəriciləri pisləşdiyi halda bankın reytinqi aşağı salına bilər.