Müəllif: Tamara Mustafayeva, Banco.az
“S&P” Misir, İndoneziya, Qətər, Tunis və Türkiyənin bankçılıq sektorunu analiz edib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “S&P” bəyan edib ki, Türkiyə, Misir, İndoneziya, Qətər və Tunisin bank sistemləri qlobal likvidlik dəyişikliklərinə qarşı həssaslıq potensialına malikdir.
Aparıcı mərkəzi bankların pul siyasətini sərtləşdirməyə davam etməsi ilə maliyyələşdirmə şərtlərinin də sərtləşməsi, zəif likvidlik və artan xərclərin xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlara təsir etdiyini bildirən “S&P” Misir, İndoneziya, Qətər, Tunis və Türkiyənin qlobal likvidlik dəyişikliklərinə qarşı potensial olaraq kövrək iqtisadiyyatlar olduğunu qeyd edib.
Agentlik Türkiyə banklarının kredit itkilərinin 2022-ci ildəki 2,8 faizdən 2023-cü ildə 3,2 faizə yüksələcəyini, 2022-ci ilin sonunda 2,2 faiz olan problemli kredit nisbətinin isə 4-5 faiz aralığında olacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!