S&P Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb | Banco.az

S&P Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

“S&P Global Ratings” Azərbaycanın 2026-cı ilə kimi iqtisadi artım proqnozunu müəyyən edib.

Bu proqnoz “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında yer alıb.

    Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4% səviyyəsində olacağını proqnozlaşdırıb.

    "Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4% olacağını proqnozlaşdırırıq"- S&P əlavə edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et